Moldova parlamenti Rusiyanın Ukraynaya təcavüzünə cavab olaraq ölkədə Rusiya imperiyasının simvolu olan "Georgi lenti"nin qadağan edilməsinə səs verib.
Qanun Moldova prezidenti Maya Sandunun PAS partiyasından olan millət vəkilləri tərəfindən dəstəklənib.
Yeni qanuna əsasən, bu lenti hazırlayan, taxan və ya nümayiş etdirən hər kəs ən azı 900 ley (49 dollar) cərimə olunacaq və ya 69 saat ictimai işlərə cəlb olunacaq.
Lent 1769-cu ildə imperatriça II Yekaterina tərəfindən təsis olunub və Rusiya üçün savaşan rus əsgərlərinə verilirdi. 3 qara, 2 narıncı xətdən ibarət olan lent hazırda Rusiyanın şovinist, "velikorus" və neofaşist gənclər təşkilatının, bir sıra siyasi partiyaların simvolu kimi istifadə olunur.