Aprelin 2-i saat 11 radələrində Sabunçu rayonu, Maştağa qəsəbə sakini, 1975-ci il təvəllüdlü Natiq Nəcəfovun xəsarət alması və almış olduğu xəsarətdən saat 15 radələrində xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Sabunçu rayon prokurorluğundan verilən məlumata görə, tanışı, onunla eyni qəsəbədə yaşayan 1984-cü il təvəllüdlü Adəm Quliyevin şəxsi münasibətlər zəminində Natiq Nəcəfova bıçaqla xəsarət yetirməsinə əsaslı şübhələr müəyyənləşib.
Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Adəm Quliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Rəsmi məlumata görə, hazırda cinayət işi üzrə istintaq davam edir.