Səbail rayonu, T.Əliyarbəyov küçəsi 9 ünvanında yerləşən "Location" gecə klubunda baş vermiş partlayış nəticəsində xəsarət alanlar arasında müğənni Nicat Məhərrəmov da olub.
Xəstəxanada müalicə aldığını bildirən müğənni "Instagram" hesabında həmin günü dəhşət adlandırıb:
“Baş verən partlayış sadəcə bir kabus idi. İnsanların çarəsizliyi, o partlayışın səsi ümumilikdə yaşanan bu faciə heç bir zaman gözümdən və ağlımdan getməyəcək. Bütün yaralı olan dostlarıma Allahdan acil şəfalar diləyirəm və məni yığıb soruşan, axtaran, arxamca xəstəxanaya qədər gəlib yanımda olan doğmalarıma, dostlarıma, əzizlərimə, hər birinizə təşəkkür edirəm. Allah sizi sevdiklərinizə bağışlasın”.
Qeyd edək ki, aprelin 3-də baş vermiş hadisə nəticəsində 1 nəfər həyatını itirib (gecə klubunun əməkdaşı, 1979-cu il təvəllüdlü Maya Axundova), 37 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Rəsmi açıqlamaya görə partlayış qaz sızmasına görə baş verib. Yaralılardan 3 nəfəri vəziyyəti kritikdir.