Tədbirdə Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, Milli Məclisin deputatı Aqil Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, Kəlbəcər RİH-nin məsul əməkdaşları və rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələri və qazilər iştirak edib.Əvvəlcə Göygöl rayon şəhidlər xiyabanı, Murovdağ şəhidlər xiyabanı,Gəncə şəhəri 1500 ailəlik yeni qəsəbədə Kəlbəcər şəhidlərinin abidə kompleksi ziyarət olunub. Daha sonra Mədəniyyət sarayında fotostendlərə və əl işlərindən ibarət sərgiyə baxış keçirlimiş və torpaqlarımızın ərazi bütövlüyü uğrunda Şəhid olan, vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Kəlbəcər rayonun tarixi keçmişini və bu gününü əhatə edən videorolik nümayiş edirilib. Tədbirdə çıxış edən Milli Məclisin deputatı Aqil Məmmədov Kəlbəcər rayonunun işğaldan əvvəlki,işğal dönəmindən, işğaldan sonrakı dövrü və hal-hazır ki, vəziyyətini geniş şəkildə təhlil edərək bildirib ki, kəlbəcərlilər hər zaman Ali Baş Komandanın qətiyyətinə və iradəsinə inanaraq, heç bir zaman Kəlbəcər rayonuna qayıdacaqlarına şübhə etməyiblər.Və şükürlər olsun ki, artıq Müzəffər sərkərdənin dəmir yumruğunun nəticəsi olaraq biz doğma Kəlbəcərimizə eləcədə digər işğal altında olmuş torpaqlarımıza qayıtmışıq.Buna görədə hər bir kəlbəcərli, eyni zamanda keçmiş məcburi köçkünlər ömürləri boyu prezident cənab İlham Əliyevə və şəhidlərimizə minnətdar olacaqdır.
Anım günündə çıxış edən Vətən Müharibəsi Qəhrəmanı şəhid polkovnik-leytenant Anar Əliyevin atası Vaqif Əliyev, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair, yazıçı pedaqoq Elşən Əzimov, araşdırmaçı jurnalist, “Qanlı Kaha” və “Tanrı Yoxuşu” kitablarının müəllifi Elxan Salahov, Vətən Müharibəsi Veteranları ictimai birliyinin Kəlbəcər rayon şöbəsinin sədri Ramiz Əliyev və Vətən Müharibəsi qazisi Elvin Hüseynov Kəlbəcər rayonunun işğalından,həmin dönəmdə rayon əhalisinin üzləşdiyi faciələrdən və şanlı 44 günlük vətən müharibəsindən söz açaraq bundan sonrada bir yumruq kimi Ali Baş Komandanın ətrafında sıx birləşəcəklərini,Kəlbəcərin yenidən qurulmasında var gücləri ilə dövlətimizin yanında olacaqlarını bildiriblər.