Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

“Manaf Ağayev özü bilir maşını haradadır” – Yol polisindən AÇIQLAMA

Dövlət Yol Polisi müğənni Manaf Ağayevin Füzuliyə qanunsuz səfər etdiyi “Mercedes” markalı avtomobilinin hələ də cərimə meydançasında saxlanılmasına münasibət bildirib.
Bu barədə  Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Ələsgərli deyib ki, kiminsə maşınını alıb verməmək söhbəti ola bilməz:

“Burada ancaq avtomobilin müvəqqəti duracağa yerləşdirilməsi tələb oluna bilər. Qanuna uyğun olaraq, İnzibati Xətalar Məcəlləsinin 96-cı maddəsi əsas gətirilmədən heç kimin maşını alınıb, saxlanıla bilməz. Həmin maddədə müəyyən hallar qeyd edilib. Hər halda bu barədə Manaf Ağayev özü daha yaxşı bilir ki, onun maşını haradadır”.
 
Qeyd edək ki, müğənni Manaf Ağayev işğaldan azad olunan ərazilərə icazəsiz keçdiyi üçün inzibati qaydada həbs olunmuşdu. Müğənni cəzasını çəkməsinə baxmayaraq, ona məxsus “Mercedes” markalı avtomobilin qanunsuz olaraq cərimə meydançasında saxlanıldığı bildirilir.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də