Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Ermənistanda nazir HƏBS EDİLDİ

Ermənistanın fövqəladə hallar naziri Andranik Piloyan həbs edilib.
 
İrəvan məhkəməsi bununla bağlı qərar qəbul edib.
 
Qərara əsasən, nazir iki ay müddətinə həbs olunub.
 
İlkin araşdırma zamanı məlum olub ki, Piloyan köməkçisinin yardımı ilə nazirliklə əməkdaşlıq edən şirkətdən külli miqdarda rüşvət alıb.
 
Bundan əlavə, bir neçə gün öncə Ermənistan Fövqəladə Hallar Nazirliyində vəzifə təyinatı zamanı korrupsiya sövdələşmələrində iştirak edən məmurlar saxlanılmışdı.
 
"Fövqəladə Hallar Nazirliyinin məmurları müxtəlif şəxslərin vəzifələrə təyin edilməsi prosesində korrupsiya sövdələşmələrinə əl atıblar. Zəncir fövqəladə hallar naziri Andranik Piloyana qədər gedib çıxır. Hazırda nazirliyin həbs edilən və saxlanılan əməkdaşları var. İşdə olan şəxslər ifadələrində nazir Piloyanın adını çəkiblər", - deyə "Joxovurd" qəzeti yazıb.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də