Bu gün Belçikanın paytaxtı Brüssel şəhərində Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev və Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında görüş keçirilib.
Bu barədə Avropa İttifaqı Şurasının saytında məlumat yer alıb.
Görüş Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın vasitəçiliyi ilə baş tutub.
Məlumatda bildirilib ki, Avropa İttifaqı iki ölkə arasında bir sıra məsələlərin həlli yollarını tapmaq üçün birgə səyləri inkişaf etdirmək məqsədilə görüşə ev sahibliyi edib.
Görüşdə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan arasında 2022-ci il aprelin 6-da Brüsseldə keçiriləcək görüşə hazırlıqla bağlı müzakirələr aparılıb.
Tərəflər liderlərin 14 dekabr 2021-ci il tarixli görüşündə qaldırılan məsələlərlə yanaşı, müzakirələri davam etdirmək üçün növbəti həftələrdə yenidən görüşmək barədə razılığa gəliblər.