Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Ermənistanda nazir SAXLANILDI

Ermənistanın fövqəladə hallar naziri Andranik Piloyan saxlanılıb.
 
Bu barədə Korrupsiyaya Qarşı Mübarizə Komitəsi məlumat yayıb.
 
Bundan əvvəl Piloyan cinayət işi üzrə istintaq çərçivəsində Korrupsiyaya Qarşı Mübarizə Komitəsinə dindirilmək üçün çağırılmışdı.
 
Qeyd edək ki, bir neçə gün öncə Ermənistan Fövqəladə Hallar Nazirliyində vəzifə təyinatı zamanı korrupsiya sövdələşmələrində iştirak edən məmurlar saxlanılıb.
 
"Fövqəladə Hallar Nazirliyinin məmurları müxtəlif şəxslərin vəzifələrə təyin edilməsi prosesində korrupsiya sövdələşmələrinə əl atıblar. Zəncir fövqəladə hallar naziri Andranik Piloyana qədər gedib çıxır. Hazırda nazirliyin həbs edilən və saxlanılan əməkdaşları var. İşdə olan şəxslər ifadələrində nazir Piloyanın adını çəkiblər", - "Joxovurd" qəzeti yazıb.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də