Rusiya Kiyev və Çerniqov istiqamətində qoşunlarını planlı şəkildə yenidən qruplaşdırıb.
Bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat katibi İqor Konaşenkov məlumat verib.
"Rusiya Silahlı Qüvvələrinin yenidən qruplaşdırılmasının məqsədi prioritet ərazilərdə hərəkətləri gücləndirmək və hər şeydən əvvəl əməliyyatı başa çatdırmaqdır", - deyə o qeyd edib.
Konaşenkov bəyan edib ki, Rusiya ordusu Kiyev və Çerniqov istiqamətlərində Ukrayna qüvvələrinin Donbasa keçməsinin qarşısını alıb.