Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

MİDA bugünkü satışla bağlı açıqlama yaydı

Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) bu gün həyata keçirdiyi mənzil satışı ilə bağlı statistika açıqlayıb.
 
Qurum bəyan edib ki, Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsində yerləşən 442 mənzil ipoteka kreditindən istifadə etməklə, həm də öz vəsaiti hesabına ödəniş üsulu ilə güzəştlə satılıb.
 
Satışı prosesinə saat 11:00-da başlanılıb və mənzillərin seçimi qısa müddətdə uğurla başa çatdırılıb.
 
Xatırladaq ki, bugünkü satış sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb olub. İstifadəçilər prosesin cəmi bir neçə saniyəyə başa çatdığını bildiriblər.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də