Xocalı rayonunun Fərrux kəndində azərbaycanlıların meyitlərinin qalıqlarının tapılması ermənilərin azərbaycanlılara qarşı soyqırım cinayətlərinin nə qədər miqyaslı olduğunu göstərir.
Bunu açıqlamasında Milli Məclisin deputatı Sevil Mikayılova deyib.
O bildirib ki, indiyə qədər 4 mindən artıq itkin düşmüş, əsir-girov götürülmüş azərbaycanlı var və onların taleyi bu günə qədər də qeyri-müəyyən qalır. “Torpaqlarımız işğaldan azad edildikdən sonra kütləvi məzarlıqların tapılması bu insanların bir qisminin taleyinə aydınlıq gətirmək üçün imkan yaradır”, - deyə deputat bildirib.
O qeyd edib ki, ermənilər ötən əsrin əvvəllərindən azərbaycanlılara qarşı soyqırım siyasəti aparıblar. “Zaman zaman ermənilər onlardan alət kimi istifadə edən qüvvələrin dəstəyi ilə Azərbaycan xalqına qarşı qətliamlar, cinayətlər törədiblər.
Bu qətliamlar mərhələli şəkildə Bakıda və Azərbaycanın digər bölgələrində törədilib. 1905-1907, 1914-1916, 1918- 1920, 1948-1953 və 1988-ci ildən bəri baş verən hadisələr erməni faşizminin, vəhşiliyinin bariz nümunəsidir. Bu soyqırımlar nəticəsində 10 minlərlə azərbaycanlı milli mənsubiyyətinə görə vəhşicəsinə qətlə yetirilib.
Zaman zaman Azərbaycan ərazisində tapılan kütləvi məzarlıqlar ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırım cinayətlərinin daha geniş olduğunu göstərir. 2007-ci ilin aprelində Quba şəhərində stadionun tikintisi zamanı təsadüfən tapılmış kütləvi məzarlıq da ermənilərin xalqımıza qarşı törətdiyi cinayətlərin əslində düşünüldüyündən daha geniş miqyaslı olduğunu göstərir. Ermənilər öz cinayət əməllərini gizlətmək üçün insanları kütləvi məzarlıqda basdırıblar, lakin onların bu cinayət əməlləri zamanla üzə çıxır.
Ona görə də Fərrux kəndində tapılan qətlə yetirilmiş azərbaycanlıların qalıqları həm də ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi cinayətlərin üstünün açılması baxımından vacibdir. Bununla yanaşı tapılan kütləvi məzarlıq son 30 ildə Qarabağ münaqişəsi zamanı ermənilərin azərbaycanlılara qarşı törətdyi cinayətlərə görə maddi və mənəvi təzminat üçün sübut kimi istifadə oluna bilər”, - deyə deputat bildirib.