Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış üçtərəfli bəyanatın müddəalarına uyğun olaraq Qarabağın bəzi yerlərində qalan erməni separatçıları tərksilah edilməli və ərazilərdən çıxarılmalıdır. Lakin geridə qalan iki il ərzində bu işdə məsul olan Rusiya sülhməramlı qüvvələri erməni silahlı qruplarının Qarabağdan çıxarılması istiqamətində heç bir addım atmayıb, əksinə separatçıların Azərbaycan Ordusuna qarşı törətdiyi təxribatlara göz yumub. Belə olan təqdirdə Azərbaycanın antiterror əməliyyatları keçirərək erməni separatçıları Qarabağdan çıxarması məsələsi gündəmə gəlir.
Bu barədə danışan Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elşad Mirbəşiroğlu hesab edir ki, Azərbaycanın öz ərazilərində tam leqal əsaslarla antiterror əməliyyatları keçirmək hüququ var:
“BMT-nin Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq dövlətlər fərdi və kollektiv şəkildə təhlükəsizliyinə təhdid yarandığı təqdirdə özünü müdafiə tədbirləri görmək hüququna malikdir. Biz dəfələrlə Ermənistana xəbərdarlıq etmişik ki, Azərbaycana qarşı təxribatlar davam edəcəksə, birgə bəyanatın şərtlərinə əməl olunmayacaqsa, o zaman biz öz ərazilərimizdə antiterror əməliyyatları həyata keçirəcəyik”.
Deputat Qarabağ torpaqlarının işğalı dövründə ATƏT-in Minsk qrupunun 30 illik yarıtmaz fəaliyyətini xatırladıb:
“30 ilə yaxın müddətdə ATƏT-in Minsk qrupunun həmsədr ölkələri münaqişənin dinc yolla tənzimlənməsi istiqamətində guya fəaliyyət göstərdilər. Əslinə qalsa, məqsəd elə ondan ibarət idi ki, status-kvo saxlanılsın, Ermənistanın işğalçılıq siyasətinin nəticələri möhkəmləndirilsin, gələcəkdə ona hansısa hüquqi don geyindirilsin. Yəni Ermənistanın məqsədlərinə xidmət edəcək mövqe sərgilənirdi”.
Parlamentari, həmçinin ATƏT-in həmsədr ölkələri olan Fransa və ABŞ-ın ikiüzlülüyündən söz açıb:
“Fransa aşkar şəkildə Azərbaycan ərazisindəki separatçı rejimlə əlaqələr qururdu. Fransa deputatları qanunsuz, Azərbaycanın izni olmadan səfərlər təşkil edirdi. Yardımlar olunurdu. Eyni sözləri Amerika haqqında da demək olar. Amerika dəfələrlə "Artsax" adından istifadə etməklə separatçılara yardım edib.
Xatırlatmaq istərdim ki, bir neçə gün öncə yenə ABŞ konqresi humanitar mina təmizləmə aksiyasına görə separatçılara 2 milyon dollar həcmində yardım ayırdı. ABŞ-a demək lazımdır ki, ermənilər yaşayan ərazilərdə minalar haradandı? Təbii ki, bu vəsaitdən ermənilər Azərbaycana qarşı istifadə edəcək. Ona görə də, bir çox hallarda ABŞ-ın separatizmə qarşı mübarizəsi, yaxud dövlətlərin ərazi bütövlüyünü dəstəkləməsi ilə bağlı sərgilədiyi mövqe səmimi görünmür. Bir yerdə separatizmə qarşı mübarizə aparır, digər yerdə separatizmə aşkar dəstək verir. Ümumiyyətlə, qondarma "Artsax" adının işlədilməsi və yardımın ayrılması separatizmə dəstəyin göstəricisidir”.
Deputat erməni silahlı dəstələrinin ən qısa zamanda Azərbaycan torpaqlarından çıxarılmalı olduğunu sözlərinə əlavə edib:
“Biz hər zaman deyirdik ki, əgər danışıqlar, dinc vasitələrlə tənzimlənmə mexanizmləri nəticə verməyəcəksə, öz torpaqlarımızı hərbi yolla azad edəcəyik. Bu cür də etdik. Hesab edirəm ki, əgər Azərbaycanın ərazisində yaşayan azsaylı erməni quldurları təxribatlarından əl çəkməsələr, bir sözlə, yırtıcı erməni xislətindən qurtulmasalar, onda Azərbaycan 2020-ci il sentyabrın 27-də olduğu kimi öz ərazilərindəki ünsürlərin təmizlənməsi əməliyyatını həyata keçirəcək. Ümumiyyətlə, ermənilər öz davranışları ilə nümayiş etdirirlər ki, onların Azərbaycanın ərazisində mövcud olmasına icazə vermək düzgün deyil. Erməni davasından birdəfəlik qurtarmaq üçün, son nəfərinə kimi ermənini Azərbaycandan çıxartmaq lazımdır. Mən məsələyə bu cür yanaşıram”.