Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Zelenski İstanbul görüşünü yüksək qiymətləndirdi

Prezident Volodimir Zelenski Rusiya və Ukrayna nümayəndə heyətləri arasında İstanbulda keçirilmiş danışıqları müsbət qiymətləndirib.
 
Bu barədə Zelenski vətəndaşlara növbəti videomüraciətində danışıb.
 
"Siqnalları müsbət adlandırmaq olar", - deyən Zelenski qeyd edib ki, Ukrayna Silahlı Qüvvələri, kəşfiyyat və ölkənin müdafiəsində iştirak edən hər kəs xalqın və dövlətin sağ qalması üçün çalışan yeganə təminatdır.
 
Qeyd edək ki, ötən gün Rusiya və Ukrayna nümayəndə heyətləri Türkiyədə görüş keçiriblər. Danışıqlar 3 saat davam edib.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də