ABŞ Prezidenti Co Bayden Ukrayna və Rusiya nümayəndə heyətlərinin Türkiyədə keçirilən görüşünün nəticələrini dəyərləndirib.
Bu barədə CNN məlumat yayıb.
Bildirilib ki, Bayden ABŞ-ın siyasətini dəyişmək üçün heç bir səbəb görmür. Belə ki, Bayden Rusiyanın sülh təşəbbüslərinə sadiqliyini yoxlamaq istəyir.
"Onların təklif etdiklərini yerinə yetirib-yetirməyəcəyini görəcəyik. O vaxta qədər biz sərt sanksiyaları saxlamağa və Ukrayna ordusunu müdafiə vasitələri ilə təmin etməyə davam edəcəyik", - deyə Bayden ABŞ-ın Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaları ləğv edib-etməyəcəyi məsələsinə toxunub.