Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Hacı Əliyev gümüş medal qazandı

Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında gümüş medal qazanıb.
 
65 kiloqram çəki dərəcəsində çıxış edən idmançı finalda macarıstanlı İsmail Musukayevlə qarşılaşıb.
 
3 qat dünya və 3 qat Avropa çempionu görüşə yaxşı başlasa da, sonradan üstünlüyü tamamilə rəqibə verib. Qarşılaşmanın başa çatmasına 1 dəqiqə 20 saniyə qalmış fənd tətbiq edərkən kobudluğa yol verən Əliyev xəbərdarlıq alıb.
 
Sona 33 saniyə qalarkən, Azərbaycan təmsilçisi badalaq atmaq istəyərkən, özü əks fəndlə arxası üstə düşüb. Nəticədə 1:12 hesabı ilə uduzan titullu güləşçi ikinci yeri tutub.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də