Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Azərbaycanda Tuqay meşələri bərpa ediləcək

Azərbaycanda Tuqay meşələrinin bərpası üçün layihələr hazırlanır. 
 
Bu barədə Meşələrin İnkişafı Xidmətinin meşəbərpa şöbəsinin müdiri Vahid Fərzəliyev "Ekspert saatı"nda məlumat verib.
 
Şöbə müdiri vətəndaşların suallarını cavablandırarkən xatırladıb ki, Tuqay meşələri təkcə Rusiya və digər ölkələrin ərazilərində deyil, Azərbaycanda da mövcud olub: 
 
"30 il bundan əvvəl daha çox ərazini əhatə edən Tuqay meşələri haqqında araşdırma aparılır. Bu meşələrin bərpası üçün müxtəlif qurumlarla danışıqlar gedir, yeni layihələr hazırlanır. Tuqay meşələrinin azalmasının səbəbi qrunt sularının miqyasının azalmasıdır”.
 
Şöbə müdiri qeyd edib ki, Tuqay meşələri əsasən çay kənarlarında inkişaf edir. Xüsusilə Kür çayının ətrafında Tuqay meşələrinin bərpası ilə bağlı layihələr hazırlanır.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də