Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Ermənistanda məmurlar HƏBS OLUNDU

Ermənistan Fövqəladə Hallar Nazirliyində vəzifə təyinatı zamanı korrupsiya sövdələşmələrində iştirak edən məmurlar saxlanılıb.
 
Bu barədə Ermənistanın "Joxovurd" qəzeti məlumat yayıb.
 
Bildirilir ki, rüşvətdə adı hallanan məmurlardan bir neçəsi artıq həbs edilib. 
 
"Fövqəladə Hallar Nazirliyinin məmurları müxtəlif şəxslərin vəzifələrə təyin edilməsi prosesində korrupsiya sövdələşmələrinə əl atıblar. Zəncir fövqəladə hallar naziri Andranik Piloyana qədər gedib çıxır. Hazırda nazirliyin həbs edilən və saxlanılan əməkdaşları var. İşdə olan şəxslər ifadələrində nazir Piloyanın adını çəkiblər", - qəzetin yaydığı məlumatda qeyd olunur.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də