Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Çavuşoğlu: “Növbəti görüş prezidentlərindir”

“Bu gün Türkiyədə keçirilən görüşdə bəzi mövzular üzrə ortaq razılaşmalar əldə edildi. Türkiyə buna dəstək verir”.
 
Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
 
“Bundan sonrakı mərhələdə hər iki ölkənin XİN rəhbərləri bir araya gəlməli, razılaşmanın mətni hazır vəziyyətə gətirilməlidir. Növbəti mərhələ prezidentlərin görüşüdür. Türkiyə hər iki liderin görüşünə ev sahibliyi edə bilər”, - deyə nazir Rusiya və Ukrayna nümayəndə heyətləri arasında İstanbulda keçirilən görüşə münasibət bildirib.
 
Qeyd edək ki, bu gün Rusiya və Ukrayna nümayəndə heyətləri Türkiyədə görüş keçiriblər. Danışıqlar 3 saat davam edib.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də