Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Delyaqin Azərbaycan xalqından ÜZR İSTƏDİ

Rusiya Dumasının deputatı Mixail Delyaqin Azərbaycan xalqından üzr istəyib.
 
Yerli telekanallardan birinin efirində çıxışı zamanı "Azərbaycanın neft sənayesini məhv etməli və nüvə zərbəsi endirməliyik" deyən deputat bu sözlərinə görə peşman olub. 
 
Delyaqin Azərbaycanla bağlı fikirlərinin yanlış olduğu etiraf edərək, səhvinə görə üzr istədiyini bildirib.
 
Qeyd edək ki, Rusiya Dövlət Dumasının deputatı Mixail Delyaqin Bakının neft mədənlərinə bomba zərbəsi endirməyi təklif edib. Mixail Delyaqin iddia edir ki, Azərbaycan Rusiya üçün böyük təhlükədir və Bakının cəzalandırılması lazımdır.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də