Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Balıq ovuna qadağa qoyuldu

Balıq və digər su bioresurslarının kürüləmə dövrü ilə əlaqədar daxili su hövzələrində - çaylarda, göllərdə, su anbarlarında 1 aprel 2022-ci il tarixindən sənaye balıq ovuna moratorium qüvvəyə minir. Moratorium sentyabrın 1-dək davam edəcək.
Bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev bildirib.
 
Xidmət rəisi qeyd edib ki, qadağa müddəti meliorativ kollektorlara şamil edilmir. F.Əliyev moratoriumun davam etdiyi müddətdə sənaye balıq ovu ilə məşğul olan hər kəsi qaydalara əməl etməyə çağırıb. 
 
“İdman və həvəskar balıq ovu ilə məşğul olanlar qanunvericiliyə əsasən müəyyən edilmiş şərtlər daxilində balıq ovlaya bilərlər”.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də