Kanada Hərbi Hava Qüvvələrinin yeni nəsil döyüş təyyarələrinə olan ehtiyacını ödəmək üçün 88 ədəd F-35 təyyarəsi alınacaq.
Bu barədə Kanadanın milli müdafiə naziri Anita Anand məlumat verib.
O, təyyarələrin alınması üçün 19 milyard dollarlıq büdcə ayrıldığını bildirib.
Anand vurğulayıb ki, bu, ABŞ-ın müdafiə şirkəti olan "Lockheed Martin" tərəfindən istehsal olunan qırıcı təyyarələrin alınması ilə bağlı sövdələşmənin rəsmi olaraq bağlandığı anlamına gəlmir.
Nazir şirkətlə yekun danışıqlara başladıqlarını və ilin sonuna qədər başa çatdırmağı planlaşdırdıqlarını qeyd edib.