Terrorçu və təcavüzkar Ermənistanın hərbi prokuroru Vaqe Arutyunyan onlarla görüşüb...
Dünəndən Azərbaycanın işğal altındakı torpaqlarında qanunsuz səfərdə olan terrorçu və təcavüzkar Ermənistanın hərbi prokuroru Vaqe Arutyunyan Ağdərə şəhərinə gedib.
Xankəndindəki separatçı nəşrlərin yaydığı məlumata görə, V.Arutyunyan rəsmi olaraq Azərbaycan Respublikası Tərtər rayonunun Ağdərə şəhər inzibati ərazi dairəsində şəhər sayılan Ağdərədəki qanunsuz və işğalçı erməni hərbi hissələrindən birinə baş çəkib. Qəsbkar ölkənin hərbi prokuroru hərbi infrastruktura dəymiş zərərlərlə tanış olub, müdafiə mövqelərində duran könüllü hərbçilərlə görüşüb. V. Arutyunyan Xankəndindəki hərbi hospitala da baş çəkib...
Xatırladaq ki, Ağdərə şəhərindən əlavə, Tərtər rayonunun 1993-1994-cü illərdən bəri işğal altında qalan 13 kəndindən 3-ü: Talış, Suqovuşan, Çaylı kəndləri müzəffər ordumuz tərəfindən azad edilsə də, digər 10-u hələ də işğal altındadır