Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Naftalanda yeni idman zalı idmançıların istifadəsinə verildi

Naftalan şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “Kikboksinq” idman zalının aşılışı olub.
 
ŞİH-nin məsul əməkdaşı Afət Mustafayeva möhtərəm Prezidentimiz cənab İlham Əliyev  tərəfindən idmana göstərilən diqqət və qayğıdan danışaraq qeyd edib ki, digər sahələrdə olduğu kimi, idmanın inkişafı da dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilb. Dövlətimizin iqtisadi qüdrətinin ildən-ilə artması idmanın tərəqqisinə də müsbət təsir göstərib. Dövlət tərəfindən idmanın kütləviliyi təmin edilməsi ölkədə sağlam nəsil formalaşdırılmasının təminatıdır.
 
Şəhər Gənclər və İdman idarəsinin rəisi Samir Qocayev çıxışında deyib ki, ölkəmizdə və şəhərimizdə idmançılara göstərilən diqqət və qayğıdan danışaraq bildirib ki, yeni idman zallarının istifadəyə verilməsi, milli idman kadrlarının hazırlanmasında, yeniyetmə və gənclərin bədən-tərbiyəsi və idman ilə mütəmadi məşğul olmalarında, asudə vaxtlarının səmərəli təşkilində mühim rol oynayır.
 
Çıxış edən gənclər gələcəkdə uğurlu nəticələri ilə onlara göstərilən ehtimadı doğruldacaqlarını, şəhərimizi respublika və beynəlxalq səviyyəli yarışlarda layiqincə təmsil edəcəklərini bildiriblər.
 
Sonda  idmançılar idman nömrələri nümayiş etdiriblər .
 

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də