Rusiya qüvvələrinin yerli sakinlərin etirazlarından sonra Çernobıl Atom Elektrik Stansiyasının yaxınlığında ələ keçirdikləri Slavutiç şəhərini tərk etdikləri bildirilir.
Bu barədə şəhər meri Yuri Fomiçev açıqlama verib.
Onun sözlərinə görə, rus qoşunları şəhəri tərk etməyə məcbur qalıblar.
Qeyd edək ki, Rusiya ordusu ötən həftənin şənbə günü Slavutiçə nəzarəti ələ keçirib və meri saxlayıb. Lakin yerli sakinlər buna etiraz olaraq, küçələrə çıxıblar. Daha sonra mer azadlığa buraxılıb.
Slavutiç şəhərində əsasən Çernobıl AES-də çalışan işçilər ailələri ilə birlikdə yaşayır.