Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Makrondan qazın rublla satılmasına ETİRAZ

Fransa Prezidenti Emmanuel Makron Rusiyadan alınan qazın dəyərinin rublla ödənilməsi tələbinə qarşı çıxıb.
 
Makron Rusiyanın qərarını dəstəkləmədiyini bildirib. Onun fikrincə, bu cür yanaşma ölkələr arasında imzalanmış müqaviləyə ziddir.
 
Fransa lideri vurğulayıb ki, Rusiya qazının dəyəri müqavilədə göstərilmiş valyuta əsasında, yəni avro ilə ödənilməlidir. 
 
Qeyd edək ki, Rusiya təbii qaz tədarükü üçün ödənişləri dollar və avro daxil olmaqla digər valyutalarla qəbul etməkdən imtina edir. Prezident Vladimir Putin bununla bağlı göstəriş verib.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də