Şahmatçımız Şəhriyar Məmmədyarov Almaniyanın paytaxtı Berlindəki FIDE Qran-prisinin III mərhələsində bu gün növbəti görüşünü keçirib.
Məmmədyarov IV turda ağ fiqurlarla almaniyalı Vinsent Kaymerlə üz-üzə gəlib.
Oyun 63-cü gedişdə azərbaycanlı qrossmeysterin qələbəsi ilə yekunlaşıb. O, Qran-pridə ilk dəfə qarşılaşmasından qalib ayrılıb.
Məmmədyarov ilk turda Kaymerlə, daha sonra isə Dubov və Domingeslə heç-heçə edib. Hazırda Dominges, Kaymer və Məmmədyarov hərəyə 2,5 xalla ilk 3 pilləni bölüşür. Dubovun 1 xalı var.