Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

“Bizim kollektivdə dörd kişi vardı, bircə Sabir müəllim qalmışdı, o, da rəhmətə getdi”






“Birlikdə çoxlu verilişlər aparmışıq, tərəf müqabilim olub, bir otaqda işləmişik. Onun çoxlu dadlı, duzlu, məzəli söhbətləri var idi”

Bunu açıqlamasında Əməkdar artist Nailə İslamzadə, həmkarı, Xalq artisti Sabir Ələsgərovun vəfatı haqda danışarkən deyib. O, bu gedişi ilə Sabir Ələsgərovun bütün kollektivi üzdüyünü bildirib:

“Təəssüf edirəm ki, Sabir müəllim dünyasını dəyişdi. Biz 1982-ci ildən bir yerdə işləmişik, uzun müddətdir, az deyil. Birlikdə çoxlu verilişlər aparmışıq, tərəf müqabilim olub, bir otaqda işləmişik. Onun çoxlu dadlı, duzlu, məzəli söhbətləri var idi. Bir peşəkar kimi peşəkar, bir insan kimi insan idi. Adətən dünyasını dəyişən insanların hamısını tərifləyirlər amma Sabir müəllim doğrudan da xüsusi bir insan idi. Hamımız elə onu da, Rafiq, Hicran, Davud müəllimi də çox istəyirdik. Allah hamısını rəhmət eləsin. Bizim kollektivdə dörd kişi var idi və bircə Sabir müəllim qalmışdı və o, da rəhmətə getdi. Özü də doğulduğu ayda da dünyasını dəyişdi. Allah rəhmət eləsin. Təbii ki, çox üzüldük, həyat belədir, itirə-itirə gedirik. Mən çox təəssüf edirəm ki, son zamanlar biz Sabir müəllimi görə bilmədik. O ağır xəstə idi, evdəydi, amma biz ona baş çəkə bilmirdik. Bildiyiniz kimi pandemiyaya görə yaşlı insana baş çəkmək uyğun deyildi və çox təəssüf edirəm ki, son mənzilə də onu yola sala bilmirik”.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də