Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Rusiyada ölüm hökmü bərpa olunur?

“Artıq Rusiya Federasiyasında ölüm cəzasına moratoriumun ləğvi ilə bağlı heç bir məhdudiyyət yoxdur, lakin qərar vəziyyətdən asılı olacaq”. 
Bu sözləri "RİA Novosti" agentliyinə müsahibəsində Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib.
 
O xatırladıb ki, bununla bağlı qərarlar Rusiyanın Avropa Şurasının konvensiyalarında iştirakı ilə  qəbul edilib və indi həmin qərarlar təşkilatı tərk etdikdən sonra qüvvəsini itirib. Bununla belə, Medvedev qeyd edib ki, ölkədə ölüm hökmünün tətbiq edilib-edilməməsi ilə bağlı qərar Rusiya Federasiyasının Avropa Şurasında iştirakı ilə birbaşa bağlı deyil.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də