“Zaman-zaman Ermənistanı üstümüzə qaldırmaqla Qafqazda yeni həmlələr etdilər”.
APA-nın yerli bürosunun məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının (AK Partiya) Afyonkarahisar, Kütahya, Batman və Siirt vilayət təşkilatlarının konqresində bildirib.
Ərdoğan deyib ki, kimsənin Türkiyəni yanlış arqumentlərlə təhdid etməyə haqqı yoxdur: “Azərbaycanlı qardaşlarımızla birlikdə 30 illik fəlakətləri başa çatdıran bir qələbənin sevincini yaşadıq. Millətimizə söyləyəcək heç bir sözü, vəd edəcək heç bir layihəsi olmayanları bir araya gətirərək siyasət mühəndisliyinə girişiblər. Bunda da heç nəyə nail olmayacaqlar. Qarşımızdakı bütün çətinliklərə rəğmən, yeni bir dönəmə başladıq. Məqsədimiz nə daxildə, nə xaricdə kimsə ilə savaş etmək, nə də kimsənin hüququnu pozmaqdır. Tam əksinə, dostlarımızla və müttəfiqlərimizlə daha güclü əməkdaşlıq qurmaq istəyirik. Avropa İttifaqından bizə verdiyi sözlərə əməl etməsini, ayrı-seçkilik etməməsini gözləyirik. Gələcəyimizi Avropa ilə birgə qurmağı təsəvvür edirik. Amerika ilə uzun və yaxın müttəfiqlik əlaqələrimizi inkişaf etdirmək niyyətindəyik”.
Prezident Türkiyənin Rusiya və İran kimi tarixi kökləri olan qonşu ölkələrlə, eləcə də Türk dünyası və islam ölkələri ilə əməkdaşlığı genişləndirmək niyyətinin olduğunu da vurğulayıb.