Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Ruslar ukraynalı deputatı QAÇIRDILAR

Ukraynanın Korabelni Rayon Şurasının deputatı, “Avropa Həmrəyliyi” fraksiyasının rəhbəri Dmitri Afanasyev ruslar tərəfindən qaçırılıb. 
 
Bununla bağlı ukraynalı siyasətçi Sergey Xlan özünün feysbuk səhifəsində məlumat yayıb. Siyasətçi bildirib ki, rus hərbçilər Dmitri Afanasyevi martın 22-də Xersondakı evindən oğurlayıblar. 
 
"Şəhərdə dinc etiraz aksiyasının zorla dağıdılmasından sonra deputat arvadını qorumaq istəyərkən şiddətli şəkildə döyülüb. Nəticədə Afanasyevin bir neçə qabırğası sınıb. Hadisədən bir neçə saat sonra hərbçilər onun evinə gəliblər. Ruslar evdə olan bütün kişiləri, ailə üzvlərinin telefonlarını aparıblar", - məlumatda qeyd olunub.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də