Rusiya-Ukrayna müharibəsinin başlamasından bir ay ötür, savaş təkcə döyüş meydanında deyil, həm də informasiya cəbhəsində davam edir.
Yaranmış fürsətdən istifadə edən rusiyalı kibercinayətkarlar ABŞ-ın neftayırma sistemlərinə hücum ediblər.
Bununla bağlı hərəkətə keçən ABŞ Dövlət Departamenti rus əsilli haker Yevgeni Viktoroviç Qadikinin axtarışına başlayıb. Amerika adıçəkilən haker haqqında məlumat verən şəxslərə 10 milyon dollara qədər mükafat vəd edi.
ABŞ tərəfindən yayılan açıqlamada Qadikinin 2017-ci ilin may və sentyabr aylarında Rusiya Müdafiə Nazirliyinin nəzdindəki Kimya və Mexanika Mərkəzi Elmi Araşdırma İnstitutunda çalışdığı qeyd edilib.
Xakerin dostları ilə birlikdə ABŞ-ın xaricdəki neftayırma sistemlərinə kiberhücum təşkil etdiyi və təhlükəsizlik sistemlərini sıradan çıxaran proqramlar qurduğu iddia olunur.