2022-ci il dünya çempionatının Avropa zonası üzrə pley-off oyunlarına start verilib.
Türkiyə, İtaliya və Avstriya yığmaları 2022-ci il dünya çempionatına vəsiqə qazana bilməyib.
Portu şəhərindəki "Draqau" stadionunda təşkil olunmuş qarşılaşmada ilk iki qolu birinci hissədə Portuqaliya millisinin futbolçuları Otavio və Dioqu Jota vurub. Matçın 65-ci dəqiqəsində Türkiyə millisinin kapitanı Burak Yılmaz fərqi azaldıb. Lakin o, 85-ci dəqiqədə penaltini dəqiq yerinə yetirə bilməyib.
Almaniyalı referi VAR sisteminə müraciət etdikdən sonra 11 metrlik cərimə zərbəsi təyin etsə də, təcrübəli hücumçu topu qapıdan kənara vurub. Matçda son nöqtəni meydan sahiblərinin futbolçusu Mateus Nunes 90+4-cü dəqiqədə qoyub.
Portuqaliyanın rəqibi İtaliyaya qalib gələrək, sensasiyaya imza atan Şimali Makedoniya olacaq.
Uels yığmasının lideri Qaret Beyl isə 25-ci və 51-ci dəqiqələrdə dubl edərək, komandasını finala daşıyıb. Onun komanda yoldaşı Ben Devis avtoqol müəllifi olsa da, qələbə yenə britaniyalıların olub. Uels finalda iyuna təxirə salınmış Şotlandiya - Ukrayna görüşünün qalibi ilə üz-üzə gələcək.
Qeyd edək ki, pley-off mərhələsində yarımfinal və final görüşlərindən sonra dünya çempionatına yollanacaq daha 3 yığma bəlli olacaq. Mundial noyabrın 21-dən dekabrın 18-dək Qətərdə təşkil olunacaq.
Pley-off mərhələsi, yarımfinal
24 mart
A yolu
23:45. Uels - Avstriya - 2:1
Qollar: Beyl, 25 (1:0), 51 (2:0), Davies, 64-avtoqol (2:1)
B yolu
23:45. İsveç - Çexiya - 1:0
Qol: Kvayson, 110
C yolu
23:45. İtaliya - Şimali Makedoniya - 0:1
Qol: Traykovski, 90+2
23:45. Portuqaliya - Türkiyə - 3:1
Qollar: Otavio, 15 (1:0), Jota, 42 (2:0), Burak Yılmaz, 65 (2:1), Luiz, 90+4
Reallaşdırılmayan penalti: Burak Yılmaz, 85 (Türkiyə)
Final cütlükləri
Uels - Şotlandiya / Ukrayna cütünün qalibi
Portuqaliya - Şimali Makedoniya
Polşa - İsveç