G7 liderləri Brüsseldə keçirilən iclasdan sonra birgə bəyanat yayıblar.
Bəyanatda G7 liderləri Rusiyaya Ukraynaya hücumda kimyəvi, bioloji və ya nüvə silahlarından istifadə etməmək barədə xəbərdarlıq ediblər.
Onlar, həmçinin Rusiyanın Ukraynanın kimyəvi və ya nüvə silahından istifadə etməyə hazırlaşdığına dair dezinformasiya cəhdlərini pisləyiblər.
"Biz Rusiyanın nüvə silahlarının yayılmaması ilə bağlı beynəlxalq müqavilələrə tam uyğun bir dövlət olan Ukraynaya qarşı şər niyyətli və tamamilə əsassız dezinformasiya kampaniyasını qəti şəkildə pisləyirik. Biz Rusiyanın dezinformasiya kampaniyasını gücləndirən digər ölkələr və aktorlarla bağlı narahatlığımızı bildiririk", - deyə liderlər qeyd edib.