Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu 12 gündən sonra üzə çıxıb.
Nazir Təhlükəsizlik Şurasının bu gün keçirilən iclasında iştirak edib.
Kremlin sözçüsü Dmitri Peskov Şoyqunun Rusiya Prezidenti Vladimir Putinə əməliyyatlarla bağlı hesabat verdiyini bildirib. Onun sözlərinə görə, müdafiə naziri Ukraynadakı xüsusi hərbi əməliyyatın gedişi, humanitar yardımın çatdırılması və ərazilərdə infrastrukturun bərpası və təhlükəsizliyin təmin edilməsi barədə məlumat verib.
Qeyd edək ki, bundan əvvəl sosial şəbəkələrdə və xarici mediada Şoyqunun Ukraynadakı müharibə ilə əlaqədar vəzifəsindən kənarlaşdırılması barədə xəbərlər yayılmışdı.