Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Ərdoğanla Makron arasında Azərbaycan-Ermənistan MÜZAKİRƏSİ

Yelisey sarayı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Fransanın dövlət başçısı Emmanuel Makron arasında Brüsseldə keçirilən görüş barədə məlumat yayıb.
 
Rəsmi məlumatda bildirilib ki, prezidentlər Ukrayna müharibəsi ilə yanaşı, Cənubi Qafqazdakı vəziyyəti və Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasını müzakirə ediblər.
 
Makron Fransanın Minsk qrupu çərçivəsində Azərbaycan və Ermənistan arasındakı problemin siyasi həlli yolunu tapmaqda qərarlı olduğunu diqqətə çatdırıb.
 
Qeyd edək ki, bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Fransa lideri Emmanuel Makron arasında görüş keçirilib. Prezidentlər Belçikanın paytaxtı Bürüsseldə NATO sammiti çərçivəsində bir araya gəliblər.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də