Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

“Hərbçilərimizin Ağdam məscidində camaat namazı qılması bizim üçün ən xoşbəxt anlar oldu...”

“Vəhşi ermənilər Ağdam  şəhərini yer üzündən silsələr də,  doğma yurdun quru torpağı da bizim üçün hər şeydən əzizdir..."




 “Danışmağa sözümüz  çoxdur. Fəqət, sevincdən, həyəcandan danışmaq çətindir... Allah şahiddir ki,  bu  27 ildə  Qarabağla, Ağdamla yatdıq,  Qarabağla, Ağdamla durduq. Hər gün, hər saat, hər dəqiqə Ağdam, Qarabağ həsrəti ilə yaşadıq... Bir gün olmadı ki, biz Ağdamımızı, Şuşamızı, Qarabağımnızı, şəhidlərimizi, qazilərimizi unudaq...” 

Bu sözləri  açıqlama verən anlarda Ağdam rayonunun işğaldan azad edilmiş Baş  Qərvənd  kəndində olan, 1-ci Qarabağ savaşında Ağdamın müdafiəsi uğrunda döyüşlərdə  fəal iştirak etmiş Qarabağ qazisi Elməddin Sərdar söyləyib.

“Vəhşi ermənilər Ağdam  şəhərini, demək olar ki, yer üzündən siliblər.  Lakin doğma yurdun quru torpağı da bizim üçün hər şeydən əzizdir. Biz,  burada – işğaldan yenicə azad olunmuş Baş Qərvənd kəndində olan hamımız bu saat o torpağın hər daşına-kəsəyinə, çınqılına, ağacına, koluna, otuna sarılmağa can atırıq. Hələlik ərazi minalı, təhlükəli olduğu üçün hərbçilərimiz mülki vətəndaşlara Ağdam şəhərinə doğru keçməyə icazə vermir. İnşallah, yəqin, tezliklə icazə verilər, gedərik... 

Öz qanı, canı hesabına o torpaqların,  Şuşanın, Füzulinin, Cəbrayılın, Zəngilanın, Qubadlının və nəhayət, Ağdamın azad olunmasına şərait yaratmış cəsur oğul-qızlarımıza Allah rəhmət eləsin, yaralılarımıza şəfa versin!.. 

Hərbçilərimizin Ağdam məscidinə daxil olması,  ermənilər tərəfindən viran edilmiş o müqəddəs məkan  mümkün qədər səliqəyə salınması və 27 il sonra orada ilk dəfə azan verilməsi, ilk camaat namazı qılınması hamımız üçün ən xoşbəxt anlar oldu... Allah dövlətimizi, ordumuzu var eləsin!..”- deyə Ağdam şəhərinin xarabalıqlarına qovuşmaq  həsrəti ilə yolda gözləyən Qarabağ qazisi bildirib.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də