Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

BMT-dən Rusiya əleyhinə daha bir QƏTNAMƏ

BMT Baş Assambleyası Ukraynadakı humanitar vəziyyətlə bağlı qətnamə qəbul edib.
 
qətnamədə Rusiyanın Ukraynaya qarşı apardığı müharibənin dərhal dayandırılması tələb olunub.
 
140 nümayəndə heyəti sənədin lehinə, 5-i əleyhinə (Belarus, Eritreya, Şimali Koreya, Rusiya və Suriya) səs verib, 38 ölkə isə bitərəf qalıb.
 
Qətnamədə qeyd olunub ki, Rusiyanın Ukrayna ərazisinə hərbi hücumu və bunun humanitar nəticələri beynəlxalq ictimaiyyətin onilliklər ərzində Avropada görmədiyi həddə çatır.
 
Sənəddə, həmçinin Mariupolun blokadasına son qoyulması tələb edilib.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də