Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Roma Papası hərbi xərcləri artıran ölkələri sərt TƏNQİD ETDİ

Roma Papası Fransisk Rusiyanın Ukraynaya hücumu davam edərkən hərbi xərcləri artıran ölkələri sərt tənqid edib.
 
Bu barədə o, İtaliya Qadın Mərkəzinin qarşısında çıxışı zamanı danışıb.
 
Papa bildirib ki, hərbi büdcələrin artırılması və sanksiyaların tətbiqi müharibənin həlli deyil. Fransisk hərbi xərclərin artırılmasını “dəlilik” adlandırıb.
 
O, sanksiyaları və silahları münaqişənin həlli kimi rədd edib və bildirib ki, dünya öz idarə üsulunu yenidən dizayn etməlidir.
 
Xatırladaq ki, bu gün NATO-nun iclasında hərbi xərclərin artırılmasına qərar verilib.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də