Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyi (Rosaviatsiya) uçuşlara məhdudiyyətlərin müddətilə əlaqədar məlumat yayıb.
Məlumatda deyilir:
"2022-ci il aprelin 1-i, Moskva vaxtı ilə saat 03:45-dək Rusiyanın cənubunda və mərkəzi hissəsində yerləşən bir sıra şəhərlərdə hava limanlarının fəaliyyətinə müvəqqəti məhdudiyyətlər rejimi uzadılıb.
Uçuşlar müvəqqəti olaraq aşağıdakı hava limanlarına məhdudlaşdırılıb: Anapa, Belqorod, Bryansk, Voronej, Gelendjik, Krasnodar, Kursk, Lipetsk, Rostov-on-Don, Simferopol, Elista".
Federal Hava Nəqliyyatı Agentliyi aviaşirkətlərə sərnişinləri hava limanlarına daşımaq üçün Soçi, Volqoqrad, Mineralnıye Vodı, Stavropol və Moskva hava limanları vasitəsilə alternativ marşrutlardan istifadə etməyi tövsiyə edib.
Xatırladaq ki, bundan əvvəl xüsusi hərbi əməliyyata görə, Rusiya martın 26-dək ölkənin cənubunda səmanın bir hissəsini bağlayıb.