“Rusiya-Ukrayna müharibəsi dünya bazarında qiymətlərə təsir göstərib. Artıq dünya bazarında bəzi ərzaqların qiymətində bahalaşma var. Azərbaycan da istisna deyil".
Bunu açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.
Onun sözlərinə görə, BMT də ərzaqların növündən asılı olaraq 8 faizdən 22 faiz aralığında bahalaşacağını proqnozlaşdırır:
“Müharibə uzun çəkəcəyi təqdirdə ərzaqlarda qiymət artımı daha yüksək olacaq”.
Deputat deyib ki, Rusiya-Ukrayna müharibəsi səbəbindən idxal-ixrac əməliyyatlarının məhdudlaşdırılması Azərbaycana təsirsiz ötüşməyəcək:
“Təbii ki, Azərbaycan üçün də bunun idxal infliyasiyası baxımdan təsiri var. Bütün hallarda qiymət artımları idxal inflyasiyasını artıracaq. Ukrayna Azərbaycanın vacib ticarət tərəfdaşlarından biri idi. O ticarət əlaqələri baxımdan ilk beşlikdə idi.
Ona görə də, Ukrayna ilə ticarət əlaqələrinin məhdudlaşdırılması birmənalı olaraq idxalımıza, eyni zamanda bəzi məsələlər üzrə ixracımıza təsir göstərəcək. Müharibə və sanksiyaların uzun davam etməsi halında Azərbaycanın bu ölkələrə ixracatında və bu ölkələrdən Azərbaycana idxalda kəskin azalma müşahidə ediləcək”.
“Doğrudur, artıq Ukraynanın ixrac-idxal imkanları yoxdur. Müharibədən sonra bu bərpa olunsa belə, məhdudiyyətlərlə müşahidə ediləcək. Ukrayna müharibəsi bütün ölkələrə təsir göstərir. Eyni zamanda bu təsir Azərbaycandan da yan keçmir. Müharibə idxal infilyasiyasını qaçılmaz edəcək”, - deyə parlamentari bildirib.