Rusiya ordusu Dnepropetrovsk vilayətinin Pavloqrad şəhərindəki "Pavloqrad-2" qatar stansiyasına raket zərbəsi endirib.
Bu barədə vilayətin Hərbi və Mülki Administrasiyasının regional rəhbəri Valentin Rezniçenko məlumat yayıb.
Raket stansiyanı məhv edib. Rezniçenko bildirib ki, zərbə bir nəfərin həyatına son qoyub, 15 yük vaqonu relsdən çıxıb və yolun bir hissəsi dağılıb.
Stansiyanın fəaliyyəti qeyri-müəyyən müddətə dayandırılıb.
Qeyd edək ki, Pavloqrad Ukraynanın dəmir yolu sistemi üçün mühüm qovşaq hesab olunur.