ABŞ-ın elektrikli avtomobil istehsalçısı olan "Tesla" Avropada ilk fabrikini açıb.
Fabrik Almaniyanın paytaxtı Berlin şəhəri yaxınlığında yerləşir.
3000-dən çox işçisi olan müəssisənin açılışında Almaniya kansleri Olaf Şolz da iştirak edib.
Almaniyanın Brandenburq əyalətinin Qrünheide bölgəsində yerləşən avtomobil fabrikinin inşası 5 milyard avroya başa gəlib.
Fabrik təxminən 300 hektar ərazidə inşa edilib, ərazinin yarısı meşəlik olub. Şam meşəsi ilə örtülmüş müəssisənin ərazisi "Tesla"ya 41 milyon avroya satılıb. 92 hektar sahədə ağaclar kəsilib.