Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibənin artıq ikinci mərhələsidir. Moskvaya yönəlik sanksiyaların tətbiqi, Rusiyanın mövqeyindən geri çəkilməməsi və Ukraynada cərəyan edən hadisələr dünya mediasının əsas müzakirə mövzusu olaraq qalır. Demək olar ki, dünyanın əksər dövlətləri Rusiyanın hücumunu pisləyərək, bu ölkəyə sanksiyalar tətbiq edir.
İndiki durumda Rusiya hansı addımları atacaq? Ukrayna-Rusiya danışıqları nə ilə sonlanacaq?
Rusiyalı politoloq, Etnik və Beynəlxalq Araşdırmalar Mərkəzinin elmi direktoru, “Arxont” jurnalının baş redaktoru Anton Bredix Moskvanın son addımlarını şərh edib.
Onun sözlərinə görə, Rusiya-Ukrayna danışıqlarında əhəmiyyətli irəliləyiş əldə olunub, tərəflər anlaşma nöqtələri tapırlar:
“Rusiya xüsusi əməliyyatı başa çatdırmağın formatını - Ukraynanın demilitarizasiyası və denazifikasiyasını aydın şəkildə göstərib. Hazırkı vəziyyətdə Ukrayna nümayəndə heyəti əhalinin maraqlarını təmsil edirmi, onu müzakirə etmək lazımdır. Onlar hələ də Rusiya ilə tam razılaşa bilmirlər, lakin danışıqlarda irəliləyiş əldə olunub”.
Rus politoloq Moskvanın mövqeyindən çıxış edərək, Ukrayna nümayəndə heyətinin xalqın maraqlarını təmsil etməli olduğunu vurğulayıb.
Xatırladaq ki, Ukrayna və Rusiya nümayəndə heyətləri arasında sülhün axtarışı ilə bağlı danışıqların dördüncü raundu martın 14-də baş tutub. Rusiyanın mövqeyi nisbətən yumşalıb, lakin Ukrayna öz qüvvələrinin sonuna qədər mübarizə aparmaq əzmində olduğunu bəyan edib.
Ukrayna Prezident Aparatının rəsmissi Mixail Podolyak deyib ki, Rusiya Federasiyası ilə müharibəni dayandırmaq üçün danışıqlar bir neçə həftə davam edə bilər, baxmayaraq ki, Moskvanın mövqeyinin “daha adekvat” olmasına dair işarələr var.