Nobel Komitəsi namizədlərin irəli sürülməsi üçün son müddəti uzada bilməz.
Bunu Norveç Nobel İnstitutunun direktoru Olav Nielstad Ukrayna Prezidenti Volodimir Zelenskinin Nobel Sülh Mükafatına namizədliyinin irəli sürülməsinə münasibət bildirərkən deyib.
“Bu günədək Norveç Nobel Komitəsi Ukrayna Prezidenti Volodimir Zelenski ilə bağlı məktubu almayıb. Komitə Nobel Sülh Mükafatına namizədlərin irəli sürülməsi üçün yanvarın 31-nə təyin edilmiş son müddəti uzada bilməz”, - açıqlamada deyilir.
Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenskinin Nobel Sülh mükafatına namizədliyi irəli sürülüb. Bununla bağlı avropalı siyasətçilər mükafat komitəsinə müraciət ediblər.
"Cəsur ukraynalı kişilər, qadınlar demokratiya və özünüidarəni qorumaq üçün mübarizə aparır. Ukraynanın demokratik yolla seçilmiş prezidenti Volodimir Zelenskidən tutmuş, ölkəsi uğrunda döyüşmək üçün ailəsi ilə göz yaşları içində vidalaşan adama qədər. Ukraynanın hər yerində insanlar qüvvələrə qarşı döyüşür. Bizim şəfqət və dəstək sözlərimiz insan haqları və sülh prinsipləri naminə verdikləri fədakarlıqların ədalətini bərqərar edə bilmir”, - avropalı siyasətçilərin Nobel Komitəsinə məktubunda deyilir.
Qeyd edək ki, bütün namizədlərin adları fevralın 1-nə kimi təqdim edilməli idi, lakin avropalı siyasətçilər Zelenskinin namizədliyində israrlıdırlar və müraciət üçün son müddəti martın 31-dək uzatmağı xahiş ediblər.