Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Arvadının istəyilə başqa qadınla evləndi, 2 saat sonra öldü

Türkiyənin Mersin şəhər sakini Əhməd Yeşildağ 7 il əvvəl internetdə tanış olduğu qadınla ailə həyatı qurub.
Sevilay Saygın adlı qadınla evlənən Əhməd evliliyin 4 ayından sonra bütün varidatını həyat yoldaşına miras qoymaq qərarına gəlib.
O, təxminən iki milyon lirəlik sərvətini xanımına bağışlayıb. Bundan bir müddət sonra Əhməd Yeşildağ Sevilayın istəyilə onun yaxın qohumu olan Dərya Mızrakçı ilə rəsmi nikah bağlayıb. Onun yeni evliliyi həyat yoldaşının razılığı əsasında baş tutub.
Nikah mərasimindən iki saat sonra halı pisləşən Əhməd təcili xəstəxanaya aparılıb. Ağır vəziyyətdə reanimasiya şöbəsinə yerləşdirilən xəstənin həkimlərin səylərinə baxmayaraq, həyatını xilas etmək mümkün olmayıb.
Əhməd Yeşildağın qohumları onun ölümünün şübhəli olduğunu bildirərək, hadisənin araşdırılmasını tələb ediblər. Məlum hadisədən xeyli vaxt keçdikdən sonra Yeşildağın məzarı açılıb, meyitdən götürülən nümunələr ekspertizaya göndərilib.
Ekspertizanın nəticəsinə əsasən, Əhməd Yeşildağın ölümünə dərmandan zəhərlənmə səbəb olub.
Hadisə ilə əlaqədar onun birinci həyat yoldaşı Sevilay Saygın, oğlu Cihan Saygın, yeni evləndiyi qadın və onun anası saxlanılıb. Adları çəkilən şəxslər Yeşildağın mirasını ələ keçirmək məqsədilə onu zəhərləyərək öldürməkdə ittiham olunublar.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də