Böyük Britaniyanın müdafiə naziri Ben Uolles Ukraynanın baş naziri olduğunu iddia edən bir şəxsin ona zəng etdiyini bildirib.
Bu barədə o, özünün "Twitter" hesabında yazıb.
"Ukraynanın baş naziri olduğunu iddia edən fırıldaqçı bu gün mənimlə danışmağa cəhd etdi. O, bir neçə çaşdırıcı sual verdi və şübhələndikdən sonra zəngi dayandırdım", - deyə Ben Uolles qeyd edib.
Nazir informasiya hücumunun Rusiya tərəfindən həyata keçirildiyini bildirib. Uolles bu addımı “ümidsiz cəhd” kimi qiymətləndirib.
Qeyd edək ki, Britaniyanın müdafiə naziri rəsmi danışıqlar aparmaq üçün Polşanın paytaxtı Varşavaya səfər edib.
Xatırladaq ki, Ukraynanın baş naziri Denis Şmıqaldır.