Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Kanadadan Lukaşenkoya növbəti xəbərdarlıq

Kanada Belarus Müdafiə Nazirliyinin rəhbər şəxslərinə Ukraynaya hücumda iştirak etdiklərinə görə yeni sanksiyalar tətbiq edib.
 
Bu barədə Kanadanın xarici işlər naziri Melani Culi bildirib.
 
Sanksiya siyahısına 22 nəfərin adı daxil edilib.
 
“Kanada Aleksandr Lukaşenkodan Rusiyanın işğalını dəstəkləməsinə son verməsini istəyir. Biz daha çox addım atmaqda tərəddüd etməyəcəyik”, - deyə Melani bildirib.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də