Rusiya Ukraynada apardığı müharibənin 22 günündə ABŞ-ın İraq və və Əfqanıstanda 20 ildə itirdiyi əsgərdən daha çox hərbçi itirib.
Bu barədə “Nyu-York Tayms” qəzeti yazıb.
Qəzet bildirir ki, ABŞ-ın ən mühafizəkar hesablamalarına görə, Rusiya artıq 7 mindən çox əsgərini Ukraynada itirib. Lakin reallıqda bu rəqəm təxminən iki dəfə çoxdur. Ukrayna Silahlı Qüvvələri işğalçıların şəxsi heyətinin ən azı 13500 itkisini artıq hesablayıb.
"ABŞ kəşfiyyatının məlumatına görə, Rusiyanın Ukraynaya təcavüzü başlayandan bəri 7000-dən çox rus əsgəri həlak olub. Bu, İraq və Əfqanıstanda 20 ildə öldürülən Amerika hərbçilərinin ümumi sayından çoxdur", - “Nyu-York Tayms”ın məqaləsində deyilir.
ABŞ ekspertlərinin fikrincə, cəmi üç həftəlik döyüşlərdə belə itkilər Rusiya bölmələri üçün ciddi nəticələrdən xəbər verir. Pentaqon rəsmiləri deyirlər ki, ölənlər və yaralananlar da daxil olmaqla bir bölmə üçün hətta 10% itki də onun döyüş tapşırıqlarını yerinə yetirə bilməsinə mane olur.
Hazırda Ukraynaya qarşı 150.000-dən çox rus əsgəri döyüşür. Döyüşlərdə itkilərlə yanaşı, 14.000-21.000 arası yaralının da olduğu qeyd edilir.
ABŞ kəşfiyyatının hesabatlarından birində Rusiya hərbçilərinin aşağı əhval-ruhiyyəsi diqqət mərkəzində olub. Onlar Ukraynadakı rus əsgərlərinin sadəcə olaraq texnikalarını atıb meşədə necə gizləndiklərini təsvir ediblər.
Ukrayna Prezidenti Aparatının rəhbərinin müşaviri Aleksey Arestoviç bildirib ki, təxminən 15 min rusiyalı hərbçi Ukrayna torpaqlarında ölüm tapıb. İndi işğalçılar yaxın döyüşdən yayınır və Ukraynaya zərbələr havadan endirilir.