Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Abramoviç də sanksiyalara məruz qaldı

Avropa İttifaqı Ukraynaya hücum etdiyinə görə Rusiyadan olan 15 fiziki və doqquz hüquqi şəxsi sanksiyalar siyahısına əlavə edib.
 
Bu barədə Aİ-nin rəsmi jurnalında qeyd olunub.
 
Məhdudiyyətlərə məruz qalan şəxslər arasında “Evraz” şirkətinin ən böyük səhmdarı Roman Abramoviç, “Alfa Group”un keçmiş səhmdarları German Xan və Aleksey Kuzmiçev, “Magnitogorsk” Dəmir-Polad Zavodunun əsas səhmdarı Viktor Raşnikov, “Rosoboronexport”un baş direktoru Aleksandr Mixeyev, Rusiya Sənayeçilər və Sahibkarlar İttifaqının rəhbəri Aleksandr Şoxin, “Rus Grids” şirkətinin baş direktoru Andrey Ryumin, “EuroChem” şirkətinin icraçı direktoru Vladimir Raşevski, “Yandex”in Rusiyadakı idarəedici direktoru və baş direktoru Tiqran Xudaverdiyan, senator Süleyman Kərimov, “Stanklot” şirkətinin sahibi Marina Seçina, "Birinci Kanal" televiziya şirkətinin baş prodüseri və baş direktoru Konstanin Ernst, politoloq və teleaparıcı Dmitri Kulikov, teleaparıcı Artem Şeinin, jurnalist Armen Qasparyan var.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də