Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

“Müharibəyə yox!” deyən Marina CƏRİMƏLƏNDİ

Rusiyanın “Pervıy” kanalının canlı efirində yayımlanan “Vremya” verilişində "Müharibəyə yox!" plakatı açan Marina Ovsyannikova sərbəst buraxılıb.
 
Kanalın redaktoru vəzifəsində çalışan Marina 30 min rubl məbləğində cərimələnib.
 
Qeyd edək ki, Marina Ovsyannikova ötən gün “Vremya” verilişində Ukraynadakı müharibəyə etiraz edib. Onun canlı yayım zamanı əlində tutduğu plakatın üzərində “Müharibəyə yox! Təbliğatlara inanmayın! Burada sizə yalan danışırlar!” sözləri yazılıb.
 
Məlum hadisə dünya arenasında böyük rezonans doğurub. Marina məlum insident səbəbindən saxlanılıb. 
 
Qeyd edək ki, bir anda dünya mediasının qəhrəmanına çevrilən Marinanın atasının ukraynalı, anasının isə rus olduğunu deyilir. Onun bu səbəbdən müharibəyə etiraz etdiyi bildirilir. 
 

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də